Yuxarı

Bu tarixə kimi qarpız yeməyin!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tarixə kimi qarpız yeməyin!

Vaxtından əvvəl yetişən qarpızlara tez-tez həddindən artıq nitrat gübrələri verilir ki, bu da insanlarda zəhərlənmə simptomları yarada bilir. Bu, xüsusən də uşaqlar və yaşlılar üçün təhlükəlidir.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, bunu diyetoloq, tibb elmləri namizədi Olqa Yamilova deyib.

Onun sözlərinə görə, bədənin nitratla yüklənməsi ürəkbulanma, qusma, başgicəllənmə və siyanoza - dərinin və selikli qişaların mavi rəngə boyanmasına səbəb ola bilər.

Diyetoloq sağlamlıq risklərini azaltmaq üçün qarpızı təbii şəkildə yetişməyə başladığı avqust ayına qədər yeməməyi məsləhət görüb.

Yamilova həmçinin xatırladıb ki, qarpız qabıqları daim torpaqla təmasda olur və bu bostan bitkisinin səthində salmonella, "E.coli" və rotavirus patogenləri ola bilər:

“Buna görə də, qarpız yeməzdən əvvəl giləmeyvəni xüsusi sabunla, fırçalayaraq və axar suyun altında yaxşıca yuyaraq təmizləmək lazımdır. Həkim məhz eyni səbəbdən satış nöqtələrində dilimlənmiş qarpızların dadına baxmamağı da məsləhət görüb”.

Tarix
2026.05.30 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifəyə təyin olunan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla