Yuxarı

Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı

Üçqat xərçəng əleyhinə peyvənd artıq kimyaterapiya və immunoterapiyaya cavab verməyi dayandırmış 15 xəstədə bədxassəli şişləri tamamilə məhv edə bilib.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Məlumata görə, 11 ölkədən 102 pasientin iştirak etdiyi sınaq əvvəllər digər müalicələrə cavab verməyən residivli və ya metastatik xərçəng xəstələrini əhatə edib. “Amivantamab” preparatı sınaqda iştirak edən xəstələrin üçdə birindən çoxunda şişləri kiçildib. 15 xəstədə isə şişlər tamamilə yoxa çıxıb.

Tədqiqatda dünyada altıncı ən çox yayılmış xərçəng növü olan baş və boyun xərçəngi olan xəstələr iştirak edib.

Tədqiqatçılar oxşar nəticələrin ağciyər xərçəngi olan xəstələrdə də əldə edildiyini qeyd ediblər.

“Amivantamab” hazırda təxminən 60 klinik sınaqda, əsasən ağciyər xərçəngin, eləcə də kolorektal, beyin və mədə xərçənglərində sınaqdan keçirilir.

“Bu, müalicə variantları son dərəcə məhdud olan xəstə qrupu üçün görünməmiş dərəcədə güclü bir reaksiyadır”, - London Xərçəng Tədqiqatları İnstitutunun professoru Kevin Harrinqton bildirib.

Onun sözlərinə görə, bu metodun hər il minlərlə xəstəyə kömək etmək potensialı var.

Tarix
2026.05.31 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla