Yuxarı

Bu qidanın bir porsiyası xərçəng yaradır...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qidanın bir porsiyası xərçəng yaradır...

Gündəlik hər 50 qram emal olunmuş ətin – kolbasa, sosis qəbulu kolorektal xərçəng riskini təxminən 18% artırdığına dair dəlillər var.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, terapevt və qastroenteroloq Olqa Suxareva kolbasa və ya şirniyyat yeməyin siqaret çəkmək kimi zərərli olduğunu iddia edən videolara münasibət bildirib.

Bəzi videolarda hətta bir porsiyanın belə xərçəngə səbəb ola biləcəyi iddia edilir.

Diyetoloqların videolarına cavab verən Olqa Suxareva fundamental bir məqamı qeyd edib. Bir tərəfdən emal olunmuş ətlər (kolbasa, sosiska, bekon və s.), tütün kimi, Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyi/IARC tərəfindən 1-ci Qrup kanserogenləri kimi təsnif edilir:

"Amma bu, onların eyni dərəcədə təhlükəli olduğu anlamına gəlmir. IARC 1-ci Qrup o deməkdir ki, bu amil insanlarda xərçəngə səbəb olduğuna dair inandırıcı dəlillər var. Lakin bu, riskin böyüklüyünü müəyyən etmir".

Əlbəttə ki, gündəlik siqaret çəkmək hər gün kolbasa yeməkdən daha zərərlidir.

"Siqaret çəkən şəxsin ağciyər xərçənginə tutulma riski siqaret çəkməyən şəxsinkindən 15-30 dəfə yüksək ola bilər", - deyə həkim qeyd edib.

O, həmçinin antibiotik kursundan sonra da daxil olmaqla bağırsaqları bərpa etmək üçün ən faydalı qidaları sadalayıb. Siyahının birinci hissəsinə təbii qatıqlar, kefir və asidofil südü, turş kələm, kimçi, yaşıl banan (onlar əsas davamlı nişasta ehtiva edir) və beta-qlükan və prebiotik lif mənbəyi olan yulaf əzməsi daxildir.

Tarix
2026.06.03 / 02:13
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla