Yuxarı

Atalıq kişi beyninə necə təsir göstərir? - Araşdırma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atalıq kişi beyninə necə təsir göstərir? - Araşdırma

Alimlər atalığın kişi beyninə müsbət təsir göstərdiyini aşkar ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Tədqiqata görə, uşaq sahibi kişilər orta hesabla daha yaxşı idrak performansı nümayiş etdirirlər:

“Onların beyinləri uşaqsız yaşıdlarına nisbətən “daha gənc”olur. Məsələn, bir araşdırmada iki uşaq atasının beyninin təxminən 0,6 yaş, üç uşaq atasının isə təxminən 0,7 yaş daha gənc göründüyü müəyyən edilib. Həftədə 2,5 saat müntəzəm məşq təxminən eyni effekti verir. Alimlər bunu uşaq böyütməyin beyin üçün əsl məşq olması ilə izah edirlər. Daimi ünsiyyət, gündəlik problemlərin həlli, məsuliyyət və empatiyanın inkişafı yaddaşı, diqqəti və digər idrak funksiyalarını aktiv işləməyə məcbur edir. Bundan əlavə, uşaqlar valideynlərin sosial aktiv qalmasına kömək edirlər. Güclü sosial əlaqələrin sağlamlığa və uzunömürlülüyə xolesterol səviyyəsindən daha böyük təsiri var”.

Tarix
2026.06.09 / 11:28
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifəyə təyin olunan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla