Yuxarı

Niyə arıqlaya bilmirik? - 4 açar səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə arıqlaya bilmirik? - 4 açar səbəb

Əgər çəki itirə bilmirsinizsə, yavaş metabolizm günahkar ola bilər.

Yavaş metabolizm o deməkdir ki, bədənin yediyi kaloriləri səmərəli şəkildə istifadə etmir. Onları enerji üçün istifadə etmək əvəzinə, yağ saxlamaq üçün istifadə edir.

Axar.az Medicina.az-a istinadən yavaş metobolizmin 4 əsas səbəbini təqdim edir:

Daim soyuqluq

Bədən enerji istehsal etmək üçün kalorilərdən aktiv şəkildə istifadə etdikdə, hətta daha soyuq şəraitdə belə titrəmənin qarşısını almaq üçün kifayət qədər istilik yaradır. Yavaş metabolizmi olan insanlar soyuqdan şikayət edirlər. Xüsusilə əlləri və ayaqları üşüyür, bu, bədənin yaşamaq üçün enerji istehsalına və istiliyə üstünlük vermədiyinin və qan dövranını yavaşlatdığının bir əlamətidir.

Quru dəri

Əgər daim dəriniz qurudursa, bu, yavaş metabolizmə bağlı ola bilər. Bu halda, bədən yalnız strateji əhəmiyyətli orqanlara qan verir. Üz dərisi bunlardan biri deyil. Qandan lazımi qida maddələri olmadan üz dərisi pisləşir, quruyur və sızanaqlara meylli olur.

Saç tökülməsi

Yavaş metabolizm səbəbindən saç follikulları qanla yavaş təmin olunur.

Yorğunluq

Səhərlər özünüzü halsız hiss etmək və gün ərzində (saat 14:00 radələrində) enerjinin əhəmiyyətli dərəcədə azalması metabolik pozğunluğun klassik əlaməti hesab olunur.

Metabolizm niyə yavaşlayır?

“Fit for Fun” portalına görə, ümumi səbəblərə zəif və ya qeyri-kafi yuxu, ağır stress, kifayət qədər istirahətin olmaması, çox az fiziki fəaliyyət və bədəni lazımi makro və mikroelementlərlə təmin etməyən balanssız qidalanma daxildir.

Tarix
2026.06.15 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla