Yuxarı

Ən yaxşı yemişi seçməyin yolları...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən yaxşı yemişi seçməyin yolları...

Yemiş seçmək çox vaxt şans işi kimi görünsə də, mütəxəssislər dadlı, sulu və yetişmiş yemişi saniyələr içində ayırd etməyə kömək edəcək bir neçə vacib detalı açıqlayıblar.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, yemişin sapının olduğu yerə baxın. Əgər bu bölgə bir az içəriyə doğru çökük və quru görünürsə, bu, yemişin tam yetişdiyinin əlamətidir. Sapı tam yaşıl, sərt və nəm görünən yemiş isə vaxtından əvvəl yığılmış ola bilər.

Bir çox insan yemişin alt hissəsini qoxulayaraq seçim edir. Qoxu vacib bir ipucudur, lakin tək başına yetərli deyil.

İdeal yemiş: Yüngül, xoş və hiss olunan bir ətir yaymalıdır.

Çox ağır, kəskin və ya turşumuş qoxu yemişin artıq çox yetişdiyini (xarab olmağa başladığını), qoxusuz yemişlər isə hələ tam yetişmədiyini göstərir.

Eyni ölçüdə olan iki yemiş arasında daha ağır olanı seçin. Ağır yemiş adətən daha çox su ehtiva edir, bu da onların daha sulu və ləzzətli olduğundan xəbər verir. Yemişi əlinizə alanda gözlədiyinizdən daha ağır gəlirsə, bu, yaxşı əlamətdir.

Yemişin üzərindəki torşəkilli naxışların aydın və düzgün olması, meyvənin yetişdiyini göstərir. Qabığın çox parlaq deyil, bir az mat görünməsi daha yaxşıdır. Üzərində çatlar, əziklər və ya həddindən artıq yumşaq bölgələr olan yemişi almayın.

Yemişi bərk-bərk sıxmaq səhvdir. Bunun əvəzinə, çiçək hissəsinə (sapın əks tərəfinə) barmağınızla yüngülcə basın. Həmin yer daş kimi sərt olmamalı, amma tamamilə yumşaq da olmamalıdır. Yüngülcə elastik olması ideal yetişmənin göstəricisidir.

Yemiş seçərkən edilən əsas səhvlər:

Yalnız qoxusuna görə qərar vermək.

Çox parlaq qabıqlı yemişi "təzə" zənn edib almaq.

Yüngül çəkili yemişə üstünlük vermək.

Əzik və ya yumşaq yerlərə diqqət yetirməmək.

Tarix
2026.06.22 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla