Yuxarı

Gündə nə qədər şokolad yemək olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gündə nə qədər şokolad yemək olar?

Şokolad bir çox insanın sevimli qidalarından biridir. Bəs onu hər gün yemək olarmı və təhlükəsiz norma nə qədərdir?

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, sağlam yetkin insanlar üçün gündə 2-4 tikə (10-20 qram) tünd şokolad qəbul etmək normal hesab olunur. Tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad daha az şəkər ehtiva etdiyi üçün daha faydalı seçim sayılır.

Südlü və ağ şokolad isə daha çox şəkər ehtiva etdiyindən, onların gündəlik miqdarı 2 kiçik tikə ilə məhdudlaşdırılmalıdır.

Mütəxəssislər bildirirlər ki, diabet, artıq çəki, mədə qıcqırması və miqren kimi problemləri olan şəxslər şokoladı daha ehtiyatla qəbul etməlidirlər. Belə hallarda gündə 1-2 tikədən artıq yeməmək və həkimlə məsləhətləşmək tövsiyə olunur.

Həkimlər vurğulayırlar ki, şokolad sağlam qidalanmanın bir hissəsi ola bilər. Bunun üçün onu normadan artıq istehlak etməmək və şəkərli desert əvəzinə kiçik porsiya tünd şokolada üstünlük vermək kifayətdir.

Tarix
2026.07.15 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla