Yuxarı

Hamilə qadın antibiotikdən ölə bilərmi? – Şərh

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hamilə qadın antibiotikdən ölə bilərmi? – Şərh

Xəbər verdiyimiz kimi, Qubada 2003-cü il təvəllüdlü hamilə Səbinə Əmrahova antibiotik iynə vurdurduqdan sonra səhhəti pisləşib və dünyasını dəyişib.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında həkim-professor Adil Qeybulla qeyd edib ki, antibiotikdən və digər dərmanlardan güclü allergik reaksiyaların olması mümkündür:

“Hətta anafilaktik şok əmələ gətirən maddələr siyahısında penisillin vaxtilə ayrıca qeyd olunurdu. Bəzən suallar gəlir ki, anafilaktik şokdan necə qaçmaq olar? Təəssüf ki, bununla bağlı uğurlu bir metod yoxdur. “Prob” dediyimiz sınaqlar mənasızdır. Çünki sınağın özündən də şok yarana bilər. Ancaq burada xəstənin tibbi məlumatlarını toplamaq həkimə işində xeyli kömək edir.

Xəstəyə antibiotik vurulubmu? Allergiyası varmı? Hansısa dərmana və ya qidaya allergiyası olubmu? Ən azı bu şeylər müəyyən qədər şokların və ya reaksiyaların qabağını almağa yardımçı olur. Hansısa şübhə yaradan xəstələrdə isə desensibilizasiyaedici vəziyyət yaratmaq lazımdır. Bunun üçün xəstələrə “Suprastin”, “Dimedrol” və digər maddələr vurulur ki, xəstədə həssaslıq aşağı düşsün.

Digər tərəfdən, xəstəxanada mütləq “Prednizalon”, “Deksametazon” və digər dərmanlar olmalıdır ki, xəstə anafilaktik şoka düşən zaman lazımi tədbirlər görülə bilsin.

Nəticə olaraq, “hamilə qadına antibiotik vurula bilərmi?” sualına cavab verməli olsaq, bəli, vurula bilər. Lakin bu saydıqlarımız nəzərə alınmalıdır.

Hamilə qadın xəstələnərsə, birinci ananın səhhəti nəzərə alınmalıdır. Bu, ümumi prinsipdir”.

Tarix
2026.07.17 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla