Yuxarı

Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

Biz artıq yalnız yaşlı deyil, həm də 30 və hətta 20 yaşlarında olan insanları ciddi ürək-damar xəstəlikləri səbəbindən klinikalarda görürük. Gənc yaş insanı infarktdan tam qorumur. Yüksək qan təzyiqi, diabet, yüksək xolesterol və piylənmə kimi risk faktorları erkən yaşlarda yaranarsa, bu, damarların sağlamlığına ciddi zərər verə və gələcəkdə infarkt riskini artıra bilər.

Axar.az xəbər verir ki, bunu türkiyəli kardioloq Mehmet Hamidi deyib.

Onun sözlərinə görə, son illərdə gənc qadınlar arasında da infarkt halları artır və bəzi hallarda xəstəliyin gedişi kişilərlə müqayisədə daha ağır ola bilir:

“Qadınlarda sinə ağrısı ilə yanaşı nəfəs darlığı, ürəkbulanma, bel və çənə ağrısı kimi əlamətlər də infarktın göstəricisi ola bilər. Bəzi tədqiqatlar COVİD-19 infeksiyasını keçirmiş şəxslərdə sonradan ürək-damar problemləri riskinin arta biləcəyini göstərir.

Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən imtina, normal bədən çəkisinin qorunması və kifayət qədər yuxu ürək sağlamlığını qorumağa kömək edir”.

O xatırladıb ki, xüsusilə 25-44 yaş qrupunda ürək problemləri nəzərəçarpacaq qədər artıb.

Tarix
2026.07.21 / 15:35
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla