Yuxarı

10 dəqiqəyə yuxuya gedirsinizsə, sağlamsınız

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 dəqiqəyə yuxuya gedirsinizsə, sağlamsınız

Yuxuya getmə müddəti insanın sağlamlığı haqqında vacib məlumat verə bilər. Mütəxəssislərin fikrincə, ideal vaxt 10-20 dəqiqədir.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerupun sözlərinə görə, yuxuya çox tez getmək hər zaman sağlamlıq əlaməti sayılmır.

"Əgər bir dəqiqə ərzində yuxuya gedirsinizsə, bu, yuxusuzluq və ya gizli yuxu pozuntusunun göstəricisi ola bilər", - deyə, mütəxəssis bildirib.

Mütəxəssislər qeyd edirlər ki, orqanizmin kifayət qədər istirahət etməməsi gündüz yuxululuq, diqqət dağınıqlığı, reaksiyaların zəifləməsi və əhvalın tez-tez dəyişməsi ilə özünü göstərə bilər. Uzunmüddətli yuxu çatışmazlığı isə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və hətta erkən ölüm riskini artıra bilər.

Digər tərəfdən, yuxuya getməyin 30 dəqiqədən çox çəkməsi də yuxu pozuntusunun əlaməti ola bilər. Mütəxəssislər bunun stress, depressiya, narahat ayaq sindromu, yuxu apnesi, eləcə də bəzi nevroloji, tənəffüs və həzm sistemi xəstəlikləri ilə əlaqəli ola biləcəyini bildirirlər.

Qadınların hormonal dəyişikliklər səbəbindən, yaşlı insanların isə xroniki xəstəliklərə daha çox meylli olduqları üçün yuxu problemləri ilə daha tez-tez qarşılaşdıqları vurğulanır.

Tarix
2026.07.23 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla