Yuxarı

Yaddaşı gücləndirən meyvələr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaddaşı gücləndirən meyvələr

Antioksidant, vitamin və faydalı yağlarla zəngin meyvələr beyin fəaliyyətini dəstəkləyərək yaddaş və diqqətin yaxşılaşmasına kömək edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yaddaş üçün ən faydalı meyvələr sırasında qaragilə, çiyələk, nar, portağal, avokado və alma yer alır. Qaragilə və çiyələk tərkibindəki flavonoidlər öyrənmə və yaddaşı dəstəkləyir, nar antioksidant xüsusiyyətləri ilə beyin hüceyrələrini qoruyur. Portağaldakı C vitamini oksidləşdirici stressi azaltmağa kömək edir, avokado sağlam yağları ilə beyin qan dövranını dəstəkləyir, alma isə kversetin adlı antioksidant vasitəsilə sinir hüceyrələrinin qorunmasına töhfə verir.

Mütəxəssislər vurğulayırlar ki, bu meyvələr möcüzəvi təsir göstərməsə də, balanslı qidalanma və sağlam həyat tərzi ilə birlikdə müntəzəm istehlak edildikdə beyin sağlamlığının qorunmasına dəstək ola bilər.

Tarix
2026.07.24 / 02:00
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla