Yuxarı

Qarpız sevənlərə xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarpız sevənlərə xəbərdarlıq

Mövsümdən əvvəl satışa çıxarılan qarpızların tərkibində nitratın normadan artıq olması ehtimalı var. Mütəxəssislər bildirirlər ki, bu, məhsulun daha tez yetişdirilməsi üçün azot tərkibli gübrələrdən istifadə olunması ilə əlaqədardır.

Axar.az milli.az-a istinadla xəbər verir ki, rusiyalı mütəxəssis Dmitri Karpenkonun sözlərinə görə, yay aylarında qida mənşəli bağırsaq infeksiyalarının əsas səbəbi meyvə və tərəvəzlərin səthində toplanan çirk və zərərli mikroorqanizmlərdir. Nitrat riski isə daha çox vaxtından əvvəl yetişdirilən qarpızlara aiddir.

Onun sözlərinə görə, nitratlar əsasən qarpızın qabığına yaxın yerləşən açıq rəngli hissədə toplanır. Buna görə də həmin hissənin yeyilməməsi məsləhət görülür.

Mütəxəssis qeyd edib ki, qarpız almaq üçün ən uyğun dövr iyulun sonu və avqust ayıdır. Bu vaxt bazarlara təbii şəraitdə yetişən məhsullar çıxarılır, həm keyfiyyət, həm də qiymət baxımından daha əlverişli seçimlər olur.

Tarix
2026.07.25 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla