Yuxarı

Mobil telefon xəstəliyindən azad olmanın – 10 yolu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mobil telefon xəstəliyindən azad olmanın – 10 yolu

İngiltərədə aparılan araşdırmada uşaqların 45 faizinin yatmazdan əvvəl yataqda mobil telefonlarını yoxladıqları məlum olub.

Axar.az xəbər verir ki, eyni araşdırmaya görə, bu şəxslərin demək olar hamısı sosial şəbəkədən istifadə etmədən yuxuya getmir.

İngilis araşdırmaçıları 11-18 yaş arası 2750 uşaq ilə görüşüb. Hər 10 uşaqdan 1-i gecə azı 10 dəfə telefondakı bildirişlərə baxdığını deyib. İştirakçıların 42 faizi gecə mobil telefonlarının yataqlarında olduğunu bildirib. 25 faizi gecə telefon istifadə etdiyi üçün gün ərzində özlərini yorğun hiss etdiklərini deyib.

Araşdırmaçılar şagirdlərin yatmazdan əvvəl telefon istifadə etdiyi üçün dərsə konsentrasiya olmaqda çətinlik çəkdiyini bildiriblər. Bu problemin həlli üçün tədqiqatçılar 10 məsləhət verib:

1. Yatmazdan 90 dəqiqə əvvəl mobil telefondan istifadə etməyi dayandırın.

2. Telefonunuzun bildirişlərini bağlayın, səsini azalda və ya tamamilə ala bilərsiniz.

3. Mobil telefonunuzun yatarkən sizi narahat edə biləcək işığı varsa, söndürün.

4. Davamlı olaraq telefonunuzu yoxlamaq vərdişinizi tərgitməyə çalışın.

5. Mobil telefonunuzu görməyəcəyiniz, səsini eşitməyəcəyiniz və ya əldə edə bilməyəcəyiniz bir yerdə saxlayın.

6. Cihazınızdan istifadə etmə nisbətini izləyən proqramlardan istifadə edin.

7. Mobil telefon, yaxud digər cihazlarınızın istifadəsinə fasilə verin.

8. Yatmazdan əvvəl mobil telefona baxmaq əvəzinə yaxşı bir kitab oxuyun, düşüncələrə dalın, yaxud köpük vannası qəbul edin.

9. Telefondan niyə istifadə etdiyiniz haqda düşünün.

10. Bu siyahıdakı məsləhətlərə əməl eləsəniz, özünüzü mükafatlandırın.

Tarix
2016.10.08 / 01:40
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla