Yuxarı

Əsgəri öldürən həkim həbs olundu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgəri öldürən həkim həbs olundu

Birinci məhkəmə instansiyasının onun barəsində tətbiq etdiyi şərti cəza ləğv olunub

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Silahlı Qüvvələri Baş Klinik Hospitalının həkimi, tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "APA"nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi hökmdən xaric edilib. V.Adıgözəlov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 2011-ci il sentyabrın 29-da vəfat edən əsgər Eldar Novruzovun valideynləri KİV-ə açıqlamalarında övladlarına həkim Vasif Adıgözəlov tərəfindən səhv diaqnoz qoyulduğu üçün vəfat etdiyini bildirmişdilər. Bundan sonra Respublika Hərbi Prokurorluğunda əsgərin ölümü ilə bağlı araşdırmalara başlanılıb. Lakin V.Adıgözəlov həmin ittihamları qəbul etməyib.
V.Adıgözəlov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq olunmaqla, ona verilmiş cəza şərti hesab olunub. Bundan başqa, məhkəmə onun 500 manat məbləğində cərimə olunması barədə də qərar qəbul edib. Hökmdən narazı qalan Eldar Novruzovun ailəsi apellyasiya şikayəti verərək, V. Adıgözəlovun cəzasının ağırlaşdırılmasını istəyiblər.
Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Eldar Novruzov Mingəçevirdə "N" saylı hərbi hissədə xidmət edib. Burnunda aparılan əməliyyatdan sonra vəziyyəti ağırlaşan E. Novruzov sentyabrın 29-da Gülhanə Tibb Akademiyasına aparılarkən yolda dünyasını dəyişib.
V.Adıgözəlov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi) və 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddələri ilə ittiham edilib.
Tarix
2013.11.06 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla