Yuxarı

Tibbi sığorta ilə bağlı yeni xəbər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tibbi sığorta ilə bağlı yeni xəbər

Xəstəxanada müalicə olunanların dərmanlarını sığorta şirkəti ödəyəcək, evdə müalicə olunanlar isə dərmanı öz pullarına almalı olacaqlar. Bu hökümətə təqdim olunan icbari tibbi sığorta zərfində öz əksini tapıb. Təkliflərdə hansı xidmətlərin sığorta şirkəti hesabına həyata keçirilməsi də əks olunub.

Ambulator, yəni ev şəraitində müalicə olunacaq şəxslərin dərman təminatı İcbari Tibbi Sığorta zərfinə daxil edilməyib. Bu, Nazirlər Kabineti yanında icbari tibbi sığorta üzrə agentliyinin hökümətə təqdim etdiyi təkliflərdə belədir.

Ancaq bir çox ölkədə ambulator müalicə üçün dərmanlar da sığorta paketinə əlavə olunur. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Agentliyin xüsusi təklifləri də var...

Nazirlər Kabinetinə göndərilən təkliflərdə icbari tibbi sığorta zərfinə daxil edilmiş xidmətlər yer alıb.

1 nəfər üçün illik icbari tibbi sığorta məbləği 100 manat həcmində müəyyən edilib. Bu o deməkdir ki, Azərbaycanda vətəndaşlarının hamısının sığortalanması baş verərsə təxminən 1 milyard manata yaxın icbari tibbi sığorta vəsaiti toplanacaq. Ekspertlər düşünür ki, bu məbləğ o qədər böyük olmadığından dərman təminatı və bəzi tibbi xidmətlər icbari tibbi sığorta paketinə daxil edilməyib. (xezerxeber.com)

Tarix
2016.10.27 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla