Yuxarı

Ana ölümü qeydə alınmayan rayonlar açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu günə kimi ana ölümü qeydə alınmayan rayonların adları açıqlanıb.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 2009-cu ildən bu günə kimi Azərbaycanın 2 rayonunda heç bir ana ölümü baş verməyib. Onun sözlərinə görə, bunlar Oğuz və Şabran rayonlarıdır. S.Məmmədova qeyd edib ki, Naxçıvanda isə 2009-cu ildən indiyə kimi yalnız 1 ana ölümü qeydə alınıb.

Komissiya sədri əlavə edib ki, bu gün ana ölümünün sayına görə lider Bakı şəhəridir: "Bütün regionlardan, bölgələrdən ağır xəstələr Bakıya təxliyə olunur, onların həyatda qalmasına çalışılsa da, bəzən nəticələr ağır olur. Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Bundan sonra ana ölümləri Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarında baş verir. Hər il ana ölümlərinin mütəmadi qeydə alındığı ərazilər isə Bakının Sabunçu rayonu, Gəncə, Şirvan şəhərləri, Goranboy, Bərdə, Neftçala rayonlarıdır".

Tarix
2016.11.23 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla