Yuxarı

Xərçəngə qalib gələn Zümrüddən təsirli paylaşım - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəngdən xilas olan aktrisa, aparıcı Zümrüd Qasımova bu xəstəlikdən əziyyət çəkənlərə dəstək olmaq üçün sosial şəbəkədə videogörüntü paylaşıb.

Oxu.az xəbər verir ki, o, paylaşımında 6 il əvvəl xərçəng xəstəliyinə qalib gəldiyini qeyd edib.

“Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu görüntüdə 6 dəfə kimyəvi terapiya qəbul etmişdim. Arıqlayıb 47 kiloqram olmuşdum. Saçlarım və qaşlarım tamamilə tökülmüşdü. Buna baxmayaraq, yeni paltar tikdirmişdim ki, zövqlü görünüm. Başıma da bandana bağlamışdım ki, saçlarımın yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım, rəqs edirdim. Xəstəliyimin acığına... Yaşadım! Bu xəstəlikdən əziyyət çəkən hər kəsə şəfa diləyirəm. Həyat gözəldir”, - deyə Z.Qasımova sosial şəbəkədə yazıb.

Tarix
2017.02.05 / 23:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvanın COP29-la bağlı bu addımı… - Əmirbəyov

Fiko Bakıda danışdı: Makronun bu fikrini rədd etdim

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla