Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
1 Oktyabr 2020


Ananı şikəst, həyatını məhv etdilər, indi isə... - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Kliniki Xəstəxanasının doğum şöbəsində baş verən həkim səhlənkarlığı nəticəsində uşaqlığından və beləliklə də ana olmaq imkanından ömürlük məhrum olan Nihan Hüseynova növbəti problemlə üzləşib.

N.Hüseynovanın anası Reyhan Dadaşovanın Axar.az-a verdiyi məlumata görə, qızı 7 dekabr 2016-cı il tarixdə Respublika Kliniki Xəstəxanasının doğum şöbəsində qüsurlu formada keysəriyə əməliyyatına məruz qalıb, əməliyyat zamanı həm daxili infeksiya, həm də Hepatit C virusuna yoluxub. R.Dadaşovanın sözlərinə görə, səhv əməliyyat və müalicənin nəticəsi olaraq ikinci dəfə əməliyyata qaldırılan qızının uşaqlığı da götürülüb və o, ana olmaq haqqından ömürlük məhrum edilib.

Zərərçəkən ailə baş verən hadisə ilə bağlı həkim Pərvanə Hüseynovanı ittiham edir və hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək niyyətindədir. Bunun üçün vəkillə müqavilə də bağlanıb, sənədlər hazırlanıb, lakin xəstəxana N.Hüseynovanın “xəstəlik tarixçəsini” verməkdən imtina edir. Bir neçə dəfə müraciət edilməsinə baxmayaraq, Kliniki Xəstəxanadan aidiyyəti şəxs heç bir hüquqi əsas olmadan, sənədi təqdim etmir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova Axar.az-a açıqlamasında deyib ki, R.Dadaşovanın iddiası barədə nazirlik məlumatlıdır:

“Bu məsələ nazirliyin nəzarəti altındadır. Bununla bağlı komissiya təşkil edilib. Məsələnin üzərində iş gedir”.

Zərərçəkənin vəkili, hüquq elmləri üzrə professor Fərhad Mehdiyev isə bildirib ki, ailənin özü və ya hüquqi nümayəndəsi Səhiyyə Nazirliyində təşkil olunmuş komissiyada təmsil olunmur:

“Müvəkkillərim ötən gün də xəstəxananın baş həkiminin müavini Mahir Babayevin yanında olublar. Təəssüf ki, M.Babayev xəstəlik tarixçəsini verməkdən imtina edib, hətta qarşı tərəfi “hara şikayət edirsiniz edin, onsuz da verməyəcəyik” deyə təhdid edib. Müvəkkilimlə Mahir Babayevin danışığını əks etdirən səs yazısı da var və biz istənilən vaxt onu ictimailəşdirməyə, həmçinin məhkəməyə də təqdim etməyə hazırıq”.

F.Mehdiyev heç bir səbəb göstərilmədən xəstəlik tarixçəsinin verilməməsindən narahatlığını da bildirib:

“Ehtimal edirik ki, iddiaçıların ittiham etdiyi həkim Pərvanə Hüseynovanı qorumaq üçün onun apardığı əməliyyat və müalicəni əks etdirən xəstəlik tarixçəsini saxtalaşdırmağa cəhd göstərənlər var. Başqa halda niyə xəstəlik tarixçəsi xəstənin özünə verilməməlidir?”

F.Mehdiyevin sözlərinə görə, xəstəxanadakı bu işlə bağlı aidiyyəti şəxslərin Səhiyyə Nazirliyinə yalan məlumat ötürməsi də istisna deyil:

“Səhiyyə Nazirliyinin aidiyyəti komissiyasında zərərçəkənin iddiaçı olmadığı, məhkəməyə müraciət etmək istəmədiyi və komissiyanın nəticəsini gözlədiyi barədə yanlış fikir yaradıblar. Əksinə, zərərçəkən həm komissiyanın işində iştirak etmək, həm də məhkəməyə müraciət etməkdə israrlıdır. Təəssüf ki, ötən gün bu barədə Səhiyyə Nazirliyinə məlumat verilsə də, hələlik heç bir cavab almamışıq”.

Xatırladaq ki, N.Hüseynova Respublika Kliniki Xəstəxanasında qeysəriyyə əməliyyatına məruz qalıb. Evə buraxılandan sonra isə üstü qızarmağa başlayan yara partlayıb.

Təkrar xəstəxanaya qaytarılan 24 yaşlı ana yenidən əməliyyat olunub və uşaqlığı tamamilə götürülüb. Başqa sözlə, qadın bir daha ana ola bilməyəcək.

İkinci əməliyyatdan sonra hərtərəfli müayinə olunan və səhhətində heç bir problem olmadığı deyilən gənc ananın evə gələndən sonra öd kisəsi fəaliyyətini dayandırıb və kəskin ağrılarla yenidən xəstəxanaya aparılıb.

Bu xəstəxanaya etibarı qalmayan ailə qızlarını başqa birində müayinə etdirib və onda Hepatit C virusu da aşkarlanıb. Baxmayaraq ki, indiyədək heç bir simptomu müşahidə olunmayıb.
Bir sözlə, gənc qadın körpəsinin sevincini yaşamadan şam kimi əriyir.

Məsələ ilə bağlı “Xəzər Xəbər”ə açıqlamasında həkim Pərvanə Hüseynova normal doğuş göstərişinə baxmayaraq, qeysəriyyə əməliyyatı etməsini əsaslandırmağa çalışıb. Ginekoloq Pərvanə Hüseynova evə buraxılandan sonra yaranın partlamasını da gənc qadının “nadir xəstəliyi” ilə əlaqələndirib.

Tarix
2017.03.07 / 08:45
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Mərci yüksək xolesterin və şəkəri sürətlə azaldır

Ölkəmizdə koronaya yoluxanların sayı kəskin azaldı

Ölkəmizdə korona ilə bağlı son statistika açıqlandı

Kələm şorabasının inanılmaz faydası

Ofisdə sağlamlığınızı bu üsullarla qoruyun

AMEA koronaya bu bitkilərlə qalib gələcək – Açıqlama

Balaca Uğurun yardıma ehtiyacı var

Rus həkimin korona açıqlaması çaşqınlıq yaratdı

Bakıda koronaya ən az yoluxma halı bu rayondadır

Alimlər 7 ən faydalı ərzağın adını açıqladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla