Yuxarı

Bu yuxular insult və infarktın yaxınlaşmasına işarədir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəllər yuxu yozması ilə yalnız falçılar məşğul olurdu. Daha sonra yuxularla psixoterapevtlər maraqlanmağa başladı.

Sağlamolun.az xəbər verir ki, son zamanlar ənənəvi tibdə də yuxulara olan maraq artıb və yuxular artıq əlavə diaqnostika metodu kimi istifadə olunmağa başlayıb.

Belə ki, avstriyalı professor həkim-kardioloq Herbert Eyxorn belə hesab edir ki, yuxular bir çox xəstəlik və pozulmaların markerləridir. Yuxu vasitəsilə orqanizm bizə SOS siqnallarını göndərir, lakin bu siqnalları başa düşmək və onlara vaxtında fikir vermək lazımdır.

Uzun illər ərzində ürək xəstəliklərindən əziyyət çəkən insanlara nəzarət edən professor son zamanlar onların yuxuları ilə də maraqlınmağa başladı. Nəticə alimi heyrətləndirdi. İnsult və infarkt keçirən və ya bu pozulmaların yüksək riski olan bir çox xəstələr yuxuda eyni obrazları görürdü - ürək nahiyəsinə bıçaqla, qılıncla zərbə, ürək nahiyəsinə tüfəngdən, tapancadan atəş, hündür dağdan yıxılma, boğulma, sinədə ilanın və ya böyük daşın olması.

Xarici KİV-lərin məlumatlarına görə, bir çox digər alimlərin araşdırmaları da göstərir ki, infarkt, insult, ürək tutmasından xeyli əvvəl bir çox insanlar tez-tez oxşar yuxuları görürdü, əksəriyyəti yuxuda ölüm qorxusunu hiss edirdi və gecənin ortasında tər içində oyanırdı.

Tarix
2017.07.23 / 01:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla