Yuxarı

Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdəki Bergen Universtitetinin alimlərin apardıqları araşdırma nəticəsində bəlli olub ki, müntəzəm olaraq yuyucu vasitələrdən istifadə edən qadınların ağciyərlərində və tənəffüs sistemində problemlər yaranır.

Axar.az "MedicalXpress"ə istinadən bildirir ki, araşdırmaya orta yaş həddi 34 olan 6236 qadın cəlb olunmuşdu. Həkimlər 20 il ərzində könüllülərin tənəffüs sisteminin durumunu müşahidə ediblər. Məlum olub ki, yuyucu tozlardan və vasitələrdən müntəzəm istifadə edən qadınlarda tənəffüsün ilk saniyəsində güclənmiş nəfəsalmanın həcmi il ərzində 3,9 millilitr azalıb.

İnsanın tənəffüs zamanı verdiyi nəfəsin ümumi həcmini göstərən ağciyərlərin güclənmiş yaşam həcmi isə evdar xanımlarda il ərzində 4,3 millilitr, xadimələrdə isə 7,1 millilitr azalıb.

Qadınların tənəffüslərindəki bu problem 20 il siqaret çəkən kişilərdə tənəffüs probleminə bərabərdir.

Qadınların tənəffüsündə müşahidə olunan bu hal yuyucu vasitələrin tərkibində olan və təmizlik işləri zamanı ağciyərə düşərək onun selikli qişasını qıcıqlandıran maddə ilə bağlıdır.

Bu isə astma, xərçəng və s. xəstəliklərə səbəb ola bilər.

Tarix
2018.02.17 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla