Yuxarı

Qaymoritdən təbii üsulla necə qurtulaq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez baş verən zökəm, güclü baş ağrıları, burun tutulması, dayanmayan ağrıların insanı hövsələdən çıxarmasının qısaca adı qaymoritdir. Əsrlərlə yaşı olan bu xəstəliyə 4 yüz il əvvəl öz adını verən XVII əsr həkimi Qaymor (Haymor) ilk dəfə bu xəstələyin simptomlarını qeydə alıb və burundaxili əlavə boşluqlara öz adını qoyub.

Axar.az xəbər verir ki, qaymorit müxtəlif cür olur. Lakin onun adətən iki növü fərqləndirilir: kəskin və xroniki.

Kəskin forma xəstəlik zamanı xronikiyə keçməyə də bilər. Bu, müəlicənin düzgün aparılmasından və onu doğuran faktorların aradan qaldırılmasından asılıdır - həmin amillərin ki, xəstəliyin simptomlarının təkrar baş qaldırması üçün münbit zəmin yaradır.

Qaymoriti olanlarda immunitetin pozulması baş verir. Adi soyuqdəymənin, rinitin vaxtında və düzgün olmayan müalicəsi qaymoritin baş qaldırması üçün münbit zəmin yaradır. Burunun anatomik quruluşunun inkişafında doğuşdan olan pozuntular da bu xəstəlik üçün səbəbdir. Dişlərin vaxtında müalicə edilməməsi alt və üst damaqlarda və diş diblərində problemin olması zamanla qarmoritə çevrilir.

Bəs bu ağırılı xəstəliyin hansı müalicə üsulları var?

Qaymoritin müalicə vasitələri bu gün yetərincədir. Bunun müxtəlif yolları var, ən əsası - yaxşı həkimin əlinə düşməkdir.

Bu xəstəliyin əsas müalicə üsulu dərmanlarla ənənəvi müalicədir. Bu yolla həkimlər preparatların köməyi ilə iltihab prosesinin qarşısını almağa çalışırlar.

Radikal metod - bu vasitə ilə qaymor boşluğu deşilir. Boşluqlar furasilin və digər antiseptik məhlullarla yuyulur və boşluğa dərman preparatları yeridilir.

Homeopatik preparatların qəbulu yolu ilə müalicə - mütəxəssislər bu variantı yalnız köməkçi vasitə kimi dəyərləndirirlər.

Həkimlər məsləhət görür ki, qaymoriti həkim nəzarəti olmadan müalicə etmək düzgün deyil. Buna baxmayaraq, bəzi sınanılmış təbii müalicə üsulları var ki, qaymoriti tam sağaldır.

Xalq təbabətində qaymoritlər üçün sınanılmış müxtəlif həm qədim, həm də müasir reseptlər var.

Bunun üçün inqalyator aparatına 300 ml qaynar su, efir yağları ilə zəngin bitki yağları tökərək burun və ağız nahiyəsinə hava kimi qəbul etmək olar. Əgər inqalyator aparatı yoxdursa, eynən bu prosesi qazanda da etmək mümkündür.

Belə ki, qazana 300 ml su töküb qaynatdıqdan sonra içinə efir yağları ilə zəngin olan bitki yağları əlavə edilir. Evkalipt yağından 10 damcı, razemari yağından 5 damcı və kəklikotu yağı tökərək qarışdırmaq lazımdır.

Bu qarışımdan başqa, kəklikotu, gülümbahar, evtalipt və adaçayının hərəsindən bir xörək qaşığı götürərək 300 ml suda qaynadaraq təbii inqalyasiya kimi istfadə oluna bilər.

İnqalyasiya etmək üçün: Qarışım hazırlanan qazanı isti halda yerə qoyaraq buxarın üzünüzə tərəf vurmasına, daha sonra başınızın üstündən böyük bir şal ataraq həmin buxarın təkcə üzünüzə gəlməsinə çalışın. 6-7 dəqiqəlik ev üsulu ilə hazırlanmış inqalyasiya qaymoritdən qurtulmanıza kömək edəcək.

Türk həkimlər isə bildirib ki, qaymoritin evdə müalicəsi üçün müəyyən etdikləri resepti gün ərzində bir dəfə təkrarlamaqla problemdən birdəfəlik qurtulmaq olar. Belə ki, 1,5 litr içməli suya bir xörək qaşığı dəniz duzu və ya Himalay duzu, bir desert qaşığı soda, bir desert qaşığı sulu propolis maddəsi töküb, həmin qarışımı başı burun dəliyi formasında olan qaba yerləşdirərək, başı yana əyməklə buruna tökürük. Gün ərzində bu qarışımın buruna yeridilməsi zamanla ağrıları aradan qaldıracaq, burun tutulmasının qarşısını alacaq və problemi kökündən həll edəcək.

Tarix
2018.06.15 / 02:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla