Yuxarı

25 illik korun gözlərini açan azərbaycanlı həkim danışdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməliyyat etdiyim xəstə ilk dəfə iki övladının üzünü gördü. Qarşılaşdığım mənzərəni izah edə bilmirəm.

Bunu Oxu.az-a açıqlamasında Nigerdə 25 yaşlı qızın gözünü əməliyyat edən azərbaycanlı həkim-oftolmoloq Mehriban Əlizadə bildirib.

Onun sözlərinə görə, Nigerdə 800 xəstənin gözü əməliyyat olunub:

“Getdiyimiz bölgədə demək olar ki, göz həkimi yoxdur. Müxtəlif xeyriyyə təşkilatları bu cür əməliyyat edirlər. Mən də türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigerə getdim. Biz orada xəstələri müayinə edir, əməliyyata ehtiyacı olanları əməliyyat edir və dərmanlarını verirdik.

Çünki onlar uzun yolu piyada gəlir, xəstəxananın həyətində günəşin altında gözləyirdilər. Beş göz həkimi idik və 10-11 günün içində komanda olaraq 800 xəstənin gözünü əməliyyat etdik. Mən 70-ə yaxın əməliyyat etdim”.

Mehriban Əlizadə qeyd edib ki, Xədicə əməliyyatdan sonra ilk dəfə övladlarını görüb:

“Orada yaşayan insanların vəziyyəti acınacaqlıdır. Yeməkləri, həyat tərzləri düzgün deyil. Səhiyyə xidmətləri yox dərəcədədir. Qəza, zədə olan zaman insanlar ölümə məhkum ola bilər. Uşaqlar acdır. Bəzi uşaqlar orada susuzluq və aclıqdan vəfat edir.

Əməliyyat etdiyim Xədicə Şəfahatü 25 yaşında idi. O, uşağını müayinəyə gətirmişdi. O zaman gördüm ki, Xədicənin gözləri çox qəribə baxır. Katarakta (mirvari suyu) xəstəliyindən əziyyət çəkdiyini düşündüm, müayinə etdik.

Özü də dedi ki, uşaqlıqdan belədir. Demək olar ki, görmür. Sadəcə işığı görür. Əməliyyat təklif etdim və qəbul etdi. Əməliyyat uğurlu keçdi. Əməliyyatdan öncə şəkil çəkdirən zaman gülümsəməsini istədik, qadında bu alınmadı. Əməliyyatdan sonra isə sadəcə gülürdü...

Bu gülüşü görən zaman çox xoşbəxt oldum. Çünki əməliyyat etdiyim xəstə ilk dəfə idi ki, iki övladını gördürdü. Bu cür hiss yaşamaq gözəldir. Yenidən Afrikada xeyriyyə işində iştirak edəcəm”.

Mehriban Əlizadə qeyd edib ki, Azərbaycanda da bu cür xeyriyyə aksiyası olsa, qoşulmağa hazırdır.

Qeyd edək ki, Nigerdə 25 yaşlı qızın ilk dəfə görməsini reallaşdıran azərbaycanlı həkim Mehriban Əlizadə mətbuatda və sosial şəbəkələrdə maraqla qarşılanıb.

Tarix
2018.08.06 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla