Yuxarı

Şagirdlər partada belə oturmalıdır – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər onurğa sütununun deformasiyaları, qamət pozğunluqları çoxalıb. Bu deformasiyaların tibbi səbəbləri var, amma məktəbli (6-12 yaş) uşaqlarda əsasən düzgün oturmamağın, düzgün oturma vərdişinin olmaması hesabına yaranır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O, düzgün oturma qaydaları haqqında danışaraq, uşaqların evdə və məktəbdə oturma vərdişlərinə nəzarət olunmasının vacibliyini vurğulayıb:

“Qamət həm də psixoemosional sferaya müsbət və ya mənfi təsir edən amildir. “Qürurlu duruş” deyilən bir anlayış var. Belə uşaqlarda özünə inam yüksək olur. Düzgün oturma vərdişlərinə uşaqlar evdə, ailədə, sonra isə məktəbdə alışmalıdır. Oturarkən baş döş qəfəsindən (gövdədən) irəli əyilməməlidir. Başla gövdə eyni xətt üzərində və gözlə parta (stol) arasındakı məsafə ortalama 30 sm olmalıdır. Məktəb partaları standartı, gigiyenik normalara uyğundur. Həmçinin, oturacağın ölçüsü, stulun hündürlüyü də normativlərə uyğundur. Yaxşı olar ki, ibtidai sinif şagirdləri dərs oxuyarkən evdə də standart stul və stoldan istifadə etsin.

Aydındır ki, indiki uşaqlar bir yerdə 10 dəqiqədən artıq oturmurlar. Amma dərs hazırlayarkən yuxarıda göstərilən normalara əməl olunsa yaxşıdır, əks halda kifoz, skolioa və s. qaçılmaz olacaq. Bu problemlər təkcə fiziki defekt kimi qəbul olunmamalıdır, həm də daxili orqanlarda pozğunluqların yaranmasına səbəb olur”.

Tarix
2018.09.05 / 11:58
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Paşinyanın tarixi səfəri – Ərdoğandan 3 istəyi var…

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla