Yuxarı

Yapon nazirin xanımı Bakıda uşaq mərkəzinə getdi - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Xarici İşlər naziri Taro Kononun ölkəmizə səfəri çərçivəsində xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış tibbi-sosial reabilitasiya şəraiti ilə tanış olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, qonağa bildirilib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyası aparılan sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin tapşırığı əsasında son illərdə bu sahədə infrastrukturun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Müəssisədə aparılan işlərin davamı kimi, bu ilin səkkiz ayında burada iki mindən çox sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib.

K.Kono Uşaq Bərpa Mərkəzində yaradılan reabilitasiya şəraiti, informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələrinin fəaliyyəti ilə tanış olub. O, sağlamlıq imkanları məhdud uşaqların bərpası üçün fərdi reabilitasiya proqramlarına uyğun şəkildə tətbiq edilən fizioterapevtik prosedurları, tədris metodikaları əsasında tədris-peşə reabilitasiyası sahəsində aparılan işləri nəzərdən keçirib.

Reabilitasiya kursu keçən uşaqlarla görüşən K.Kono Mərkəzdəki reabilitasiya şəraiti, burada aparılan işlərlə bağlı müsbət təəssüratlarını bölüşüb. O, gələcəkdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində ölkəsi ilə təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.

Tarix
2018.09.06 / 12:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla