Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


Qubada körpə doğuş zamanı öldü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.

Report-un məlumatına görə, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.

T.Sultnovanın qayınatası Salman Sultanov hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib:

"Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub".

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə deyib ki, doğuş zamanı döl ölü doğulub:

"Bu həkim səhvi deyil, ananın patalogiyası hesab olunur".

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.09.07 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Xərçəngin əsas səbəbi turşudur - Dünya şöhrətli alim

Qarın yağmaması xəstəlikləri artırır? - Professor açıqladı

Gürcüstandan Azərbaycana bu xəstəlik gəldi

Güclü ürəyə sahib olmağın ən asan yolu...

İki azərbaycanlı donuz qripinə yoluxdu

Azərbaycanlı həkim "cavanlıq içkisi" hazırladı - Resept

Nazirlik çağırış etdi: Təxribata uymayın…

Nazir tapşırıq verdi, xəstəxanalar hazır vəziyyətə gətirildi

Bu məhsulların ölkəyə idxalı qadağan edildi – Xəstəlik

Xərçəngin 7 düşməni - Hər mətbəxdə var

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla