Yuxarı

34 yaşlı gəncin öldüyü klinikadan – Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məcburi köçkünün bizim həkimimizin əməliyyatına görə vəfat etməsi haqda yayılan xəbərlər yalandır.

Bu sözləri Axar.az-a açıqlamasında “Modern Hospital”ın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Azər Rzayev deyib. O bildirib ki, ekspertizanın rəyindən sonra mətbuata geniş açıqlama veriləcək:

“ Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ekspertiza aparır, nəticəni gözləyirik. Ekspertizanın rəyi açıqlandıqdan sonra mətbuata bu barədə məlumat verəcəyik. Həkim Tariyel Ömərov da bu rəydən sonra açıqlama verəcək. Bəzi mətbuat orqanları var ki, araşdırmadan birtərəfli mövqe göstərərək, bizi ittiham edirlər. Onların hamısı məhkəməyə veriləcək”.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Tariyel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

Tarix
2018.10.16 / 08:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Azərbaycan-Slovakiya sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla