Yuxarı

Azərbaycanda 260 min nəfər bu xəstəliyə tutulub

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin birgə dəstəyi ilə Ümumdünya Diabet Gününə həsr olunmuş “Azerbaijan Changing Diabetes Awards™ 2018” mükafatının təqdimetmə mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov şəkərli diabetlə mübarizədə ölkəmizin həyata keçirdiyi tədbirlərdən bəhs edərək, bu işdə əməkdaşlıq edənlərə təşəkkürünü bildirib:

“Diabetlə mübarizədə əməkdaşlıq edən yerli və xarici qurumlara və şəxslərə, “Novo Nordisk” şirkətinə təşəkkür edirəm. Bu kimi əməkdaşlıqlar şəkərli diabetlə mübarizədə xüsusi önəm daşıyır. Heydər Əliyev Fondu ölkəmizdə vətəndaşlarımızın sağlam həyat tərzinin təbliğini dəstəkləyən bir sıra layihələr həyata keçirir. Səhiyyə müəssisələrinin tikintisi, maarifləndirmə kampaniyalarının təşkili, ehtiyacı olan adamlara yardım göstərilməsi bunun bariz nümunəsidir. Fondun dəstəyi ilə ürək qüsurlu uşaqların müalicəsi, Talassemiya Mərkəzində talassemiya olan şəxslərə göstərilən xidmətin ən yüksək səviyyədə təşkil olunması, fiziki qüsurlu insanlara hər cür yardımın göstərilməsi və digər məsələlər bu gün də prioritet olaraq qalır”.

Daha sonra çıxış edən Danimarkanın region üzrə səfiri Svend Ollinq dünyanın 160 ölkəsində şəkərli diabetlə mübarizəyə qarşı tədbirlərin həyata keçirildiyini vurğulayıb:

“Bu gün dünyada hər 11 nəfərdən biri diabet xəstəsidir. Bunlardan yarısının xəstəliyindən xəbəri yoxdur. Təəssüf ki, onların az bir qismi müalicə alır. Hər il dünyada 2 milyon insan şəkərli diabetdən ölür. Buna görə də dünyada son illər xəstəliklə mübarizəyə daha çox diqqət ayrılır. Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun bu məsələdə çağırışlara səs verməsi müsbət haldır”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev diabetin ürək-damar və onkoloji xəstəliklərdən sonra ölümə səbəb olan xəstəliklər arasında 3-cü yeri tutduğunu deyib:

“Ümumdünya Səhiyyə Təşkilatının rəsmi və qeyri-rəsmi məlumatına görə, 20-25 il əvvəl dünyada cəmi 30 milyon xəstə qeydiyyatda idisə, indi rəsmi məlumata görə, 200 milyondan artıq, qeyri-rəsmi məlumata görə isə 400 milyondan artıq insan diabet xəstəliyindən əziyyət çəkir. 2045-ci ildə bu xəstələrin sayının 620-630 milyona çatması gözlənilir. 2017-ci ilin məlumatına görə, Azərbaycanda bu xəstələrin sayı 243 min 200 nəfərdir.

2018-ci ilin 8 ay ərzində isə bu rəqəm dəyişib. Ölkədə təxminən 263 mindən çox şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bu da o deməkdir ki, il ərzində təxminən 20-25 min xəstə artır. Bu, dövlətin diqqətində olan ən vacib məsələlərdəndir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, səhiyyəyə daha artıq büdcə xərclərinin artırılmasına xüsusi diqqət göstərilir:

“Nəzərdə tutulan artım təbii ki, kifayət deyil. Amma ötən illə müqayisədə təxminən 30 faizə qədər artımın əldə olunması birgə fəaliyyətimizin böyük uğurudur. Şəkərli diabetə qarşı mübarizədə həyata keçirdiyi tədbirlərə görə Heydər Əliyev Fonduna və Danimarkanın “Novo Nordisk” şirkətinin bunun sosial layihə kimi həyata keçirilməsində iştirak edən Azərbaycan nümayəndəliyinə təşəkkür edirəm. Onlar bu istiqamətdə çox böyük işlər görüb”.

Tarix
2018.11.14 / 18:48
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla