Yuxarı

Səhiyyə Nazirliyi yayılan biabırçı mənzərədən danışdı - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səhiyyə Nazirliyi yayılan biabırçı mənzərədən danışdı - Foto

Səhiyyə Nazirliyi 3 saylı şəhər klinik xəstəxanası ilə bağlı məsələni araşdırıb.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli sosial şəbəkədə sözügedən xəstəxananın reanimasiya otağının qarşısının su səpilərək süpürüldüyünü əks etdirən fotolarla bağlı danışarkən bildirdi.

Nazirlik sözçüsü qeyd etdi ki, fotolar xəstəxananın təmir gedən hissəsində çəkilib:

"Bununla bağlı bizə müraciət edən kimi rəhbərliklə əlaqə saxlayıb məsələni aydınlaşdırdım. Fotolar xəstəxanaının təmir gedən hissəsində çəkilib. Ümumiyyətlə, hazırda həmin korpusda təmir işləri gedir. Özünüz də maraqlana bilərsiniz. Təmir gedən korpusda isə heç bir xəstə yatmır, həkimlər də yoxdur. Foto da işçilərdən biri reanimasiya otağının qarşısını süpürərkən çəkilib".

Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində "Sancaq" səhifəsi Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasında reanimasiya otağının qarşısının tozunun su səpilərək süpürüldüyünü göstərən fotolar paylaşıb.

Tarix
2014.10.20 / 14:43
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla