Yuxarı

Əməliyyatdan sonra komaya düşən xəstədən yeni xəbər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akif Paşayevin vəziyyəti hazırda yaxşıdır. Danışır, hərəkət edir, söhbət eləmişik özü ilə. Hələ palataya köçürülməyib, ancaq vəziyyəti yaxşıdır.

Bu sözləri Axar.az-a dünən Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında keçirdiyi uroloji əməliyyatdan sonra iflic olaraq komaya düşən xəstə Akif Paşayevin vəziyyəti ilə bağlı xəstəxanadan bildiriblər.

Xəstəxanadan verilən məlumata görə, xəstə hələ də sözügedən xəstəxanada, reanimasiya şöbəsindədir:

“Dünən ailəsinin etirazına görə xəstəni aidiyyəti üzrə xəstəxanaya köçürə bilmədik. Bu səbəbdən xəstəxanaya nevroloq çağırmışdıq. Hazırda xəstə özünü yaxşı hiss edir. Vəziyyəti normaldır. Bizimlə, ailəsi ilə danışır. İflic əlaməti yoxdur. Hərəkət də edir, normal olaraq danışa da bilir. Ancaq hələ reanimasiya şöbəsindədir. Komadan çıxıb”.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Akif Paşayev Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan sonra iflic olub və komaya düşüb.

Tarix
2018.11.28 / 16:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla