Yuxarı

Ebola virusuyla bağlı inanılmaz fakt üzə çıxdı - Şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ebola virusuyla bağlı inanılmaz fakt üzə çıxdı - Şok

Filoviruslar (Ebola və eyni dərəcədə təhlükəli olan Marburq virusları məhz bu ailəyə aiddir) ən azı 16-23 milyon il əvvəl, miosen dövründə meydana gəlib.

Axar.az Lenta.ru-ya istinadla bildirir ki, alimlər yeni tapıntıları haqqında bilgiləri "PeerJ" jurnalında və Baffaloda Nyu York ştatı universitetinin press-relizində açıqlayıblar.

Əvvəl belə hesab edirdilər ki, müasir filoviruslar 10 min il əvvəl kənd təsərrüfatının meydana gəlməsi ilə eyni vaxtda yaranıb. Lakin Amerika alimləri bu prosesi xeyli əvvələ - Yer üzündə insanabənzər meymunların meydana gəldiyi dövrə çəkdilər.

Derek Teylor və Jeremy Bruenn "qazıntı halında tapılan genlərlə" – viruslu infeksiya zamanı məməlilərin DNK-sına düşən genetik materialın fraqmentləri ilə işləyiblər. Belə filoviruslu genlərdən biri (VP35) eyni bir yerdə iki dağsiçanının və iki tarla siçanının genində tapılıb. Alimlər müəyyən ediblər ki, virus heyvanlara bu gəmiricillərin hələ ayrı növlərə aid edildiyi bir dövrdə, yəni 16-23 milyon il əvvəl düşüb.

Alimlər belə hesab edirlər ki, virusun mənşəyinin və təkamül tarixinin öyrənilməsi onunla mübarizəni asanlaşdıracaq. Eləcə də, filovirusların keçmiş qurbanları haqqında əldə edilən yeni bilgilər Ebolanın müasir növlərinin daha dərindən araşdırılmasına kömək edəcək.

Tarix
2014.10.27 / 11:59
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla