Yuxarı

Yaddaşınızı gücləndirmək üçün bunları edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaddaşınızı gücləndirmək üçün bunları edin

Hazırda bir çox insan yaddaş zəifliyindən şikayət edir. Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarır. Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də, son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd etdiyimiz amillərdir.

Axar.az xəbər verir ki, mütəxəssislər yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağı, hər gün eyni saatda yatıb durmağı və fiziki işlə məşğul olmağı məsləhət görür. Mütəxəssislər hesab edir ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək gücündədir. Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik.

Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Həkim-nevropatoloqların fikrincə, səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir.

Yaddaşın zəifləməsinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir. İdmana zaman ayırmaq, eyni zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsində sizə yardımçı olur.

Alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, həddən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında keçirən insanlar televizora daha az baxanlara nisbətən 50% daha çox yaddaş zəifliyinə məruz qalırlar.

Fiziki məşq zehni fəaliyyətə kömək edir. Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirir.

Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın.

Tarix
2019.05.05 / 01:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla