Yuxarı

İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti İlhamə Quliyeva xəstəxanaya yerləşdirilib. Bu barədə müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib və xalq artistinin hazırda özünü yaxşı hiss etdiyini, səhhətində ciddi problem olmadığını deyib:

"Bildiyiniz kimi, İlhamə xanım Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunmuşdu. Xəstəxananın Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, cərrah Rəşad Mahmudovun məsləhəti ilə əməliyyatdan sonra sənətkar vaxtaşırı həkim müayinəsindən keçməlidir. 9 dekabr 2013-cü ildə də İlhamə xanım növbəti dəfə sadəcə müayinədən keçmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına yollanıb" .

Onun sözlərinə görə, sənətkarın müayinələri 10 gün davam etməlidir. Hazırda İlhamə xanım Quliyevanın səhhətində heç bir problem yoxdur. Sənətkar özünü yaxşı hiss edir. Hazırda xəstəxanada müayinələrdən keçən İlhamə xanıma bir sıra dövlət xadimləri və sənətçilər baş çəkib.

Faiq bəy bildirib ki, sənətkarı görməyə gələnlərin ardı-arası kəsilmir. İlhamə xanım hər kəsin ona olan sevgi və qayğısından məmnundur. Xalq artistinin sadiq və dəyişməz komandasının üzvləri - taclı prodüser Tarix Əliyev (Tolik), əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova, opera ifaçısı Ülvi Qılınc və mətbuat katibi Faiq Ələkbərli həmişə olduğu kimi İlhamə xanımla birlikdədirlər (ANS PRESS).

Tarix
2013.12.11 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla