Yuxarı

Dəri tipinə uyğun nəmləndiricilərdən istifadə edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəri tipinə uyğun nəmləndiricilərdən istifadə edin

Yayda kosmetik vasitələrdən istifadə edilməsi dəriyə təsirsiz ötüşmür. Xüsusilə gündəlik makiyaj günəşin şüaları ilə reaksiyaya girib dəriyə mənfi təsir göstərir.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Günəşin ultrabənövşəyi şüaları dəriyə ziyan vurur. Ondan qorunmaq üçün günəşdən qoruyucu kremdən və vasitələrdən istifadə etməyə zərurət yaranır. Günəş şüalarının təsiri fotoqocalma verir, dəridə quruluq əmələ gətirir, xırda qırışlara və allergik reaksiyalara səbəb olur”.

Onun dediyinə görə, dəri tipinə uyğun nəmləndirici və ya qidalandırıcı kremdən istifadə edilməlidir. Bir neçə dəqiqə sonra günəşdən qoruyucu krem çəkilməli və onun üzərindən kosmetik vasitələrdən istifadə etməklə makiyaj tamamlanmalıdır”.

Makiyajın dəridən silinib təmizlənməsində daha çox nəm salfetlərdən istifadə olunması barədə həkim-kosmetoloq deyib: “Dəri yağlıdırsa, spirtli-nəmli salfetdən, quru və normaldırsa, adi nəmli salfetdən istifadə tam rahat şəkildə istifadə etmək olar. Günəş şüaları dəridə quruluq yaratdığına görə nəmli salfetlə üzün silinməsi balansın dəyişilməsinə mane olur”.

Əgər nəm salfetlərdən istifadədən sonra quruluq, çat və ya dəridə soyulmaq kimi xoşagəlməz problemlər yaranarsa, xüsusi təmizləyici vasitələrdən istifadə edilməli və ya kosmetoloqa müraciət olunmalıdır.

Tarix
2019.08.10 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla