Yuxarı

Ağlamağın faydaları nələrdir? – Psixoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağlamağın faydaları nələrdir? – Psixoloq

Ağlamaq insanın həm fiziki, həm də mənəvi durumu üçün faydalıdır. Adətən dərd, əzab çəkən insana “ağla, içini boşalt, rahatlaşacaqsan” deyirlər. Əslində, bu, çox düzgün fikirdir, ağlayan insan öz stressini, gərginliyini göz yaşı ilə çıxararaq, depressiyadan uzaq olur. Bəzi insanlar ağlamağın zəiflik olduğunu düşünür, amma bu, çox yanlışdır.

Bu barədə Axar.az-a danışan psixoloq Gülnar Nağıyevanın sözlərinə görə, emosional, həssas və əsəbi insanlar daha çox ağlayırlar:

“Araşdırmalar nəticəsində müəyyən olunub ki, insan ağladığı zaman göz yaşları vasitəsi ilə orqanizmdə olan zərərli maddələr xaric olunur. Bu da stressi azaldır və insanı rahatlaşdırır. Bunun da sağlamlığa müsbət təsirləri var”.

Türkiyəli psixoloq Ayça Soydemirin sözlərinə görə, gözyaşı əsəb və stress zamanı qatılaşan qanın durulmasına və gərginləşən ürək damarlarının açılmasına yaxşı təsir göstərir:

“Ağlayan insanlar digərləri ilə müqayisədə daha tez, daha rahat və daha çox yatırlar. Gərginlik, qorxu, kədər, stress kimi vəziyyətlərdə qan təzyiqi qalxan və ya düşən insanlar üçün ən yaxşı yol ağlamaqdır. Ağladıqdan sonra insanın təzyiqi normallaşır”.

Tibb mütəxəssisləri ağlamağı fiziki və ruhi problemlərin ən optimal həlli yollarından sayır. Məsələn, yaxın adamını itirib bu kədərə ağlamayan insanı psixoterapevt ağlatmağa çalışarkən “Mən nəyə görə ağlamalıyam? Axı bu onu qaytarmayacaq” deyə cavab verən pasiyentə psixoterapevt belə cavab verir: “Bu sənə özünü qaytarmağa kömək edəcək”.

Tarix
2019.08.16 / 08:15
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla