Yuxarı

Kərə yağının analoqu hazırlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərə yağının analoqu hazırlandı

ABŞ-ın Nyu York ştatında yerləşən Kornell Universitetinin alimləri əsas tərkibi sudan ibarət olan az kalorili kərə yağının analoqunu əldə ediblər.

Axar.az-ın Trend-ə istinadən məlumatına görə, kimyaçılar bitki yağı və süd piyi qatılmış böyük həcmdə suyu tərkibi kərə yağına yaxın emulsiyaya çevirə biliblər. Həmin məhsulun tərkibində süni stabilizatorlar yoxdur və o, kərə yağından 75 faiz daha az kaloriyə malikdir. İmitasiyanın bir xörək qaşığında 2,8 qram piy və 25,2 kalori olduğu halda, analoji həcmdə yağda 11 qram piy və təxminən 100 kalori var.

Tədqiqatın aparıcı müəllifi Alireza Abbaspurradın sözlərinə görə, alimlər məhsulun dadını və digər qida xüsusiyyətlərini dəyişə, onu vitaminlərlə zənginləşdirə də bilərlər.

İmitasiyanın əldə olunması üçün istifadə edilən texnologiyanın sağlamlığa faydalı məhsulların alınmasında vacib rol oynaya biləcəyi vurğulanır.

Tarix
2019.08.24 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla