Yuxarı

Azərbaycanın ən bahalı həkimləri - Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ən bahalı həkimləri - Siyahı

Azərbaycanda peşəsinin həqiqi mənada haqqını verən həkimlər az da olsa, var. Lakin bu həkimlər getdikcə əlçatmaz olur; ərzaq, geyim və digər sahələrdə olduğu kimi həkim qəbulu qiymətləri də artır.

Məşhurlaşan, insanların rəğbətini qazanan həkimlərin qəbulu isə bu artım tendensiyasında daha qabarıq görünür. Belə ki, ötən il qəbulu 50-60 manata olan həkimlər bu il 80-90-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətlər elan edib.

Axar.az Medicina.az-a istinadla əsasən özəl klinikalarda çalışan, qəbulu 100-150 manatı keçən həkimlərin ilkin siyahısını təqdim edir:

1. Azər Fərəc – 112-177 AZN

Fetal ulstrasonoqrafiya üzrə Azərbaycanın 1 nömrəli peşəkar mütəxəssisdir. Özəl klinikada çalışır, bu məbləğə hamilənin 2 dəfə dopleri daxildir. Məbləğ birinci qəbulda ödənilir.

2. Zakir Əliyev – 150 AZN

Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru. Həm dövlət, həm özəl klinikada çalışır. Uşaq nevroloji xəstəlikləri üzrə bir nömrəli həkim hesab edilir

3. Uzman psixiatr İkram Rüstəmov – 120 AZN

Daha çox uşaqlarda autizm diaqnozunun təsdiqlənməsi üçün valideynlərin seçimi olur. Özəl klinikada çalışır.

4. Dermatoloq Leyla Mirzoyeva - 100 AZN

5. Mama-ginekoloq Aytən Səfərova - 100 AZN

6. Psixoloq Babək Bayramov - 100 AZN

7. Ginekoloq-cərrah Turab Canbaxışov - 95 AZN

8. Pediatr Erkin Rəhimov – 90 AZN

9. Ginekoloq Natiq Məhərrəmov – 90 AZN

Siyahı sosial sorğu, pasiyent rəyləri və eləcə də klinikalara birbaşa zənglərlə dəqiqləşdirilib.

Tarix
2019.09.05 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla