Yuxarı

Bu virus 140 min insanın həyatına son qoydu...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu virus 140 min insanın həyatına son qoydu...

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, ötən il qızılca virusu dünyanın müxtəlif ölkələrində 140 min insanın həyatına son qoyub. Bu isə 2017-ci illə müqayisədə 16 min nəfər çoxdur.

Axar.az xəbər verir ki, ötən illərdə bu yoluxucu xəstəliyə qarşı uğurla mübarizə aparılsa da, hazırda vəziyyət dəyişib. Əsasən Afrika ölkələrində yoluxma hallarının sayı kəskin şəkildə artıb.

Beynəlxalq təşkilatın hesablamalarına görə, 2018-ci ildə dünyada 9,8 milyon qızılcaya yoluxma halı qeydə alınıb. Öncəki il isə bu göstərici 7,6 milyona bərabər olub.

Virusun təsiri nəticəsində ölənlərin böyük əksəriyyətini beş yaşadək körpələr təşkil edir. Dünyanın bir çox ölkəsində qızılcaya yoluxmanın icbari qeydiyyatı aparılmadığına görə DST həm yoluxma, həm də ölüm hallarını təxmini statistika əsasında hazırlamağa məcburdur.

DST və BMT-nin Uşaq Fondunun hesablamalarına görə, 2018-ci ildə dünyada uşaqların 86 faizinə qızılcaya qarşı peyvənd vurulub. Peyvəndin ikinci mərhələsi isə uşaqların 70 faizini əhatə edib. Peyvənd kvotasının bütün əhalini əhatə edə bilməməsi və peyvənd müdafiəsinin natamamlığı son nəticədə virusun sürətlə yayılmasına gətirib çıxarır.

DST-yə görə, Konqo Demokratik Respublikası, Liberiya, Madaqaskar, Somali və Ukrayna epidemiyanın əsas ocaqları hesab olunur.

Tarix
2019.12.06 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla