Yuxarı

Belarus müxalifətinin lideri Azərbaycana çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarus müxalifətinin lideri Azərbaycana çağırış etdi

"Avronest" Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu oktyabrın 29-da Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasına videomüraciətində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.

“Həmsədrləri təbrik etmək istəyirəm ki, insanları bu cür bir araya gətiriblər, Belarusun da orada təmsil olunmasını təmin ediblər. Bizim üçün "Avronest" bir platformadan daha çox şey deməkdir, bu, oxşar problemləri olan xalqların həm ağrılarını, həm də uğurlarını bölüşə biləcəyi unikal yerdir. Hamımız üçün bu, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır”, - o qeyd edib.

Həmçinin Svetlana Tixanovskaya Azərbaycana müraciətində bildirib:

“Azərbaycanlı dostlarımıza da bir mesaj ünvanlamaq istəyirəm: münasibətlərin qurulmasına çox açığıq və maraqlıyıq. Əminik ki, ortaq maraqlar və qarşılıqlı fayda gətirəcək sahələr tapacağıq”.

Xatırladaq ki, Azərbaycan parlamentinin nümayəndə heyəti "Avronest" PA-nın oktyabrın 28-30-da İrəvanda keçirilən 12-ci plenar sessiyasında iştirakdan imtina edib. Qərar Avropa Parlamentinin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə bəyanat və qərarları ilə izah olunub.

Azərbaycanla yanaşı, Gürcüstan da iclasa qatılmaqdan imtina edib.

Svetlana Tixanovskayaya gəlincə, Litvada mühacir həyatı yaşayan belaruslu müxalif siyasətçi 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycan əleyhinə təxribatçı açıqlamaları ilə gündəmə gəlmişdi. Həmçinin o, Litva hökumətinin şəxsi təhlükəsizlik səviyyəsini aşağı saldığı üçün Ermənistana səfər proqramını ləğv etməyə məcbur olub.

Tarix
2025.10.29 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla