Yuxarı

Ölkədə dərman zavodları açıla bilər – Səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda "Dərman vasitələri haqqında" qanunda dəyişiklik edilməsi gözlənilir.

Axar.az xəbər verir ki, dəyişiklik nəticəsində ölkəyə Türkiyə, Rusiya, Polşa və Rumıniyadan gətirilən yararsız dərmanların bazara çıxarılmasının qarşısı alnacaq.

Bildirək ki, bir müddət öncə adı çəkilən ölkələrdən Azərbaycana gətirilən həmin dərmanlar dövlət qeydiyyatına alınmırdı. Buna görə də mənşəyi bilinməyən, sertifikatı olmayan dərmanlar qeydiyyatdan keçmədən satışa çıxarılırdı. Belə hallar aşkar olunduğu halda onların satışdan çıxarılması, qabaqlayıcı tədbirlərin görülməsi isə öz nəticəsini vermirdi.

Məhz yeni qanunla bu tip problemlərin aradan qaldırılması nəzərdə tutulur.

Digər tərəfdən, ölkədə dərman istehsalı ilə məşğul olan müəssisələrin bu günə kimi olmaması yeni qanunla tənzimlənə bilər. Belə ki, ölkəyə idxal olunan yararsız dərmanların qarşısının alınması və bu sahənin inkişaf etdirilməsi məqsədilə yeni müəssisələrin yaradılması gözləniləndir.

Vurğulayaq ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq dəyişiklik layihəsi bu qanunun "Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti" adlı 8-ci maddəsini əhatə edir.

"Report"un məlumatına görə, yeni əlavəyə əsasən, dərman preparatlarının nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Layihəyə əsasən, nəzarət markalarının alınmasına görə ödənilən məbləğ dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Digər əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.

Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının "Dərman vasitələri haqqında" Qanununda dəyişikliklər edilməsi barədə" Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Bununla da "Dərman vasitələri haqqında" Qanunun 4.5-ci maddəsində (dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində) və 4.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Tarix
2015.02.10 / 14:03
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla