Yuxarı

Şəkər insan beyninə necə təsir edir? – Şok araşdırma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkər insan beyninə necə təsir edir? – Şok araşdırma

Danimarkanın Orxus Universitetinin alimləri şəkərin insan beyninə necə təsir etməsi ilə bağlı maraqlı araşdırma aparıb.

Axar.az xəbər verir ki, araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Alimlər donuzlar üzərində araşdırma aparıb və müşahidə ediblər ki, şəkər həqiqətən də donuzların beyninə nakotik kimi təsir göstərir.

Belə ki, 12 gün ərzində donuzlara hər gün şəkərli su veriblər. Daha sonra MRT proseduru ilə heyvanların 12 gün əvvəlki beyinləri ilə testlərdən sonrakı beyinlərini müqayisə ediblər.

“Cəmi 12 gün şəkər qəbulundan sonra biz beyindəki dofamin və opioid sistemlərində ciddi dəyişikliklərin baş verdiyini müşahidə etdik. Kimyəvi planda rifah və zövqlə əlaqəli olan opioid sistemi elə birinci qəbuldan sonra dərhal aktivləşdi”, - alim bildirib.

Alimlər aşkar edib ki, şəkər də narkotik kimi beyinin qidalanma sisteminə təsir göstərir. Zövq, xoşbəxtlik və rifah duyğuları ilə əlaqəli olan qidalanma sistemi cinsi əlaqə, ünsiyyət və ya yeni bir şey öyrənmək kimi digər yollarla da aktivləşdirilə bilər, lakin süni stimullar bəzən daha sürətli və güclü fəaliyyət göstərir.

Tarix
2020.01.16 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla