Yuxarı

İsraildən azərbaycanlı həkimlərə jest

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən azərbaycanlı həkimlərə jest

Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi yeni kampaniyaya start verib.

Tibb Mərkəzindən Axar.az-a verilən məlumata görə, mərkəz Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu və uğurla bitirən həkimlər üçün İsraildə fəaliyyət göstərən İsrail Suarski adına (İxilov) dövlət xəstəxanasında və İsrailin Birinci Tel-Əviv Tibb Mərkəzində Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi hesabına ixtisasartırma kursları təşkil edir.

Müsabiqə əsasında seçiləcək terapevt, kardioloq, ginekoloq, dermatoloq, nevropatoloq, USM, laborant, kosmetoloq-dermatoloq həkimlər üçün nəzərdə tutulan bu kursun müddəti 7-14 gündür. Mərkəz məlumat verir ki, bu müddət ixtisasa görə uzadıla da bilər. Məlumatda bildirilir ki, müraciət edən həkimlərin rus və ingilis dillərini bilməsi əsas şərtlərdəndir.

Kursu bitirmiş həkimlər İsrailin Birinci Tel-Əviv Tibb Mərkəzinin sertifikatlarını alacaq və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzində işlə təmin olunacaqlar.

Təhsil almaq istəyənlər öz tərcümeyi-halını [email protected] elektron ünvanına göndərə və ya həkim əlaqələndirici Mətanət Əliyeva ilə aşağıda qeyd olunan telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər:

(+994 12) 436-28-31, (+994 55) 577-83-63

Tarix
2015.02.17 / 13:14
Müəllif
Məmməd
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla