Yuxarı

Soyuqdan qorunmağın bir neçə üsulu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soyuqdan qorunmağın bir neçə üsulu

Soyuq havada bədəni isidən və infeksiyalardan qoruyan bir neçə üsul var.

Axar.az xəbər verir ki, paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova həmin sadə üsullar barədə Azərtac-a deyib: “Viruslara yoluxmamaq üçün ilk növbədə maska taxmaq, gigiyenik qaydalara əməl etmək və çoxlu maye qəbul olunmalıdır. Şaxtalı havada zəncəfilli çay içilməsi, qreypfrut, portağal kimi meyvələrin yeyilməsi immun sistemini möhkəmlədir.

Soyuq mövsümdə başlıca vəzifə maksimum xəstələnməməkdir. C vitamini və antioksidantlarla zəngin olan qidalar bədənin tonusunu qorumağa kömək edir. Bişirilən zaman tərəvəzlərdə bioaktiv maddələr məhv olur. Odur ki, immuniteti gücləndirən ən yaxşı yemək salatlardır. Soyuq mövsümdə ətdən də imtina etmək lazım deyil, çünki onun tərkibində olan zülal yorğunluqla mübarizə aparır. Ona görə də yağsız mal əti və toyuq əti yemək olar”.

“Kəskin küləkli havada küçəyə çıxarkən dərhal dərin nəfəs almaq lazım deyil. Soyuq hava axını hətta sağlam insanlarda da bronxların refleksli spazmına səbəb ola bilər. Yalnız burunla nəfəs almaq məsləhətdir, çünki hava burundan keçərkən istiləşməsi üçün vaxt qazanır. İstənilən halda orqanizmdə hər hansı narahatlıq hiss edəndə həkimə üz tutmaq lazımdır”,- deyə pediatr-infeksionist əlavə edib.

Tarix
2020.02.19 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ istismara verildi

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla