Yuxarı

Budur, koronanın zərdabı 2019-da buraxılıb: Həkimin cavabı - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Budur, koronanın zərdabı 2019-da buraxılıb: Həkimin cavabı - Video

Sosial şəbəkələrdə koronavirusun bilərəkdən yaradılması və buna qarşı hələ 2019-cu ildə “Arbedol” adlı dərman preparatı hazırlandığı ilə bağlı video yayılıb.

Videonu çəkən rusiyalı iddia edir ki, xəstəlik təsadüfi, təbii deyil və onun dərmanı hələ 2019-dan mövcuddur. O, fikirlərini dərman içliyində koronavirusla bağlı yazılan məlumatlarla əsaslandıraraq qeyd edir ki, “Arbedol” preparatı koronaya qarşıdır.

Yayılan videonu Axar.az-a şərh edən tibb üzrə professor Adil Qeybulla bildirib ki, “Arbedol” dərmanı antiviral dərmanlardan biridir və koronavirusun, yuxarı tənəffüs yollarında iltihab törədən virus infeksiyalarının müalicəsində istifadə olunur:

“Hansısa dərman preparatının içliyində “koronavirus” sözünün yazılmasında qeyri-adi heç nə yoxdur. Bu virus dünyaya illərdir tanışdır. Koronavirusun Mers, Sars növləri də var. Hazırda söhbət COVİD-19 ştamından gedir axı. Hazırda bu ştama qarşı heç bir müalicə yoxdur. Yalnız söhbət yardımçı müalicələrdən, immun sistemini möhkəmləndirə bilməkdən gedə bilər. Ona görə də bu kimi alver predmeti olan təbliğatlara insanlar uymamalıdır. Daha çox rəsmi məlumatlara inanmaq və riayət etmək lazımdır”.

A.Qeybulla bildirib ki, bu preparat antiveral preparatlardan biri olsa da, hazırki ştam, COVİD-19-a qarşı effektiv deyil:

“Bu cür dərmanlardan istifadə etmək qətiyyən olmaz. Operativ Qərargah var gücü ilə çalışır. Həkimlər bununla bağlı məlumatlar da verir. Əgər hər hansısa preparatın istifadəsi məsləhət görülsə, bu barədə rəsmi açıqlama veriləcək. Heç bir əsası olmayan qeyri-rəsmi məlumatlara uymaq, əməl etmək düzgün deyil. “Arbedol” preparatı COVİD-19-a qarşı deyil”.

Tarix
2020.03.27 / 15:38
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla