Yuxarı

Meyvə şirələrinin orqanizm üçün faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərkibi vitamin və mikroelementlərlə zəngin olan meyvə şirələri orqanizm üçün çox faydalıdır. Şirələr həm təbii, həm də qablaşdırılmış formada hazırlanır.

Axar.az xəbər verir ki, ev şəraitində meyvə şirələri hazırlayarkən məhsulun orqanikliyinə, çürük və çatlaq olmamasına fikir vermək lazımdır. Meyvələr axar su altında tərtəmiz yuyulandan sonra şirəçəkən maşında çəkilməlidir. Çəkiləndən sonra 10 dəqiqə ərzində içmək məsləhətdir, çünki meyvə şirələri çəkiləndən sonra 2-3 saat qalanda tərkibi dəyişir və faydası qalmır.

Diyetoloqlar alma, portağal və qreypfrutdan alınan şirələrin daha faydalı olduğunu bildirirlər. Həkim-diyetoloq Ləman Süleymanova bu barədə Azərtac-a deyib: “Portağal şirəsi S vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Tərkibində kalium və maqnezium olduğuna görə ürək xəstələri üçün xeyirlidir. Qreypfrut şirəsi antioksidant olmaqla yanaşı, yağyandırıcı xüsusiyyətə malikdir. Nar şirəsi isə daha çox faydalı antioksidant sayılır. Onun 1 stəkanı 4 stəkan zoğal şirəsinə və 10 stəkan yaşıl çayın tərkibində olan antioksidanta bərabərdir. Gün ərzində 250 milliqram qəbul edilməsi orqanizm üçün yetərlidir”.

Təbii meyvə şirəsinin faydası ilə yanaşı, bəzi əks təsiri də var. Fruktoza ilə zəngin olduğuna görə meyvə şirəsini şəkərli diabet xəstələrinin qəbul etməsi məsləhət görülmür.

Tarix
2020.06.20 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Hindistanın 5 qırıcısının məhvindən danışdı

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla