Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 Avqust 2020


Təzyiqi azaltmağa kömək edən bir neçə üsul...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək qan təzyiqi infarkt və insult, həmçinin anevrizmlər, koqnitiv funksiyaların azalması, böyrək çatışmazlığı üçün risk amillərdindən biridir. Bununla birlikdə, hipertoniyanı müalicə etmək üçün istifadə olunan dərmanlar, ayaq qıcolmaları, baş başgicəllənməsi və yuxusuzluq kimi fəsadlar yarada bilər. Ekspertlər dərman qəbul etmədən qan təzyiqini azaltmağa kömək edən bir neçə yoxlanmış metodun adını açıqlayıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumat “MedikForum” saytında yer alıb.

Piyada gəzinti - Təxminən 400 tədqiqatdan əldə olunan göstəricilərə əsasən müntəzəm fiziki məşqlər, o cümlədən gəzinti (kifayət qədər sürətlə) qan təzyiqini azaltmaq üçün geniş istifadə olunan QT (qan təzyiqi) preparatları kimi effektli nəticələr verir. Həftənin əksər günlərində azı 30 dəqiqə gəzmək xüsusilə faydalı sayılır.

Dərindən nəfəs almaq - Həkimlər gündə iki dəfə bir neçə dəqiqə (ən azı beş dəqiqə) yavaş nəfəs verməyi və nəfəs çəkməyi məsləhət görürlər. Bütün bunlar, bədəndə qan təzyiqini, ürək döyüntüsünü artırmaqla qan damarlarını daraldan stres hormonlarını nəzarətdə saxlamaq üçün mühüm rol oynayır.

Kaliumla zəngin olan qidalar - Mineralın sidik vasitəsilə böyrəklərdən daha çox natrium ifraz etməyə səbəb olması qan təzyiqini dərmansız azaltmağa kömək edir. Banan, kartof, pomidor, portağal suyu, lobya, noxud, qovun, gavalı, kişmiş kaliumla zəngin olan mənbələr sırasındadır.

Natrium qəbulunu azaltmaq - Amerika Kardiologiya Assosiasiyası qan təzyiqini aşağı salmaq üçün natriumun qəbulunu gündə 1500 mq-dən aşağı səviyyədə saxlamağı tövsiyə edir.

Tünd şokolad - Daha bir yoxlanmış üsul. Cənubi Kaliforniya Universitetinin alimləri qeyd edirlər ki, tünd şokoladın orta hesabla müntəzəm olaraq qəbulu sistolik arterial (yuxarı) təzyiqi 5 bal, diastolik (aşağı) təzyiqi isə demək olar ki, 3 bal azaltmağa kömək edə bilər. Belə effektli nəticənin əldə olunması onun flavanol komponentlərinin qan damarlarını rahatlaşdırması ilə izah olunur.

Məkkəgülü - Taftsa Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, gündəlik üç fincan hibiskus çayı içən orta qan təzyiqi olan yaşlılarda altı həftədə sistolik qan təzyiqi yeddi bal azalıb. Alimlər bunu hibiskusun fitokimyəvi maddələrinin təsiri ilə əlaqələndirirlər.

Bir stəkan süd - Alimlər iddia edirlər ki, bəzi hallarda yüksək qan təzyiqinə qidada saflaşdırılmış karbohidratlardan çox istifadə olunması nəticəsində yaranan iltihab səbəb olur. Bu sürətli karbohidratların bəzilərinin qismən süd proteini ilə əvəz edilməsi hipertoniya və hipertoniya öncəsi ərəfədə sistolik qan təzyiqini aşağı sala bilər.

Tarix
2020.07.26 / 02:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə yemiş olmaz...

Bu maskalar niyə 10 manata satılır? - Açıqlama

Ölkəmizdə koronavirusla bağlı sevindirici xəbər

Bu idman kompleksləri xəstəxanaya çevrildi

Aşıq Ədalətin gəlini video yaydı, şiddətli töhmət aldı

Korona “dərmanı” Bakıda 200 manata satılır – SN-dən reaksiya

B vitaminlərinə ehtiyac nədən yaranır?

2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

Korona dünyaya Çindən yayılmayıb? – Şok araşdırma

Bu şəxslər koronavirusa yoluxmur

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla