Yuxarı

AMEA-dan yeni virus açıqlaması: Hələ öyrənirik…

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA-dan yeni virus açıqlaması: Hələ öyrənirik…

Koronavirusun mutasiyaya uğramış yeni növü ilə bağlı əvvəlcə özümüz öyrənib, araşdırma aparacağıq, sonra isə ehtiyac olarsa, tədqiqatlar başladılacaq.

Bu barədə Axar.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının sədri akademik İradə Hüseynova deyib.

“Koronavirusla bağlı birbaşa tədqiqatı həyata keçirməyə imkan verən xüsusi laboratoriyalar yoxdur. Biz proyektlər vermişik, yəqin ki, Nazirlər Kabineti maliyyələşdirəcək, səhiyyə müəssisələri ilə birlikdə eksperimental tədqiqatlara başlanılacaq. Burada hansı genomların ayrılması, hansı ştampların olması və s. məsələlərlə bağlı işlər görüləcək. Koronavirusun mutasiyaya uğramış yeni növü ilə bağlı hələlik biz özümüz öyrənirik. Bundan sonra lazım olarsa, tədqiqatlara başlayacağıq”, - o bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyaya uğraması ilə bağlı həyəcan təbili çalıb. İngiltərə, Niderland, Danimarka və Avstraliyada qeydə alınan və B.1.1.7 adlanan virusun daha sürətli yayılması və öldürücü olması ilə bağlı iddialar var.

Tarix
2020.12.21 / 17:01
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla