Yuxarı

Əli Kərimlinin həbs müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Kərimlinin həbs müddəti uzadıldı

AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 5 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Tarix
2026.06.10 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla