Yuxarı

Fransa Hörmüzə hərbi gəmilərini göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa Hörmüzə hərbi gəmilərini göndərdi

Fransa Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına dəstək məqsədilə Yaxın Şərqə iki minaaxtaran gəmi, iki freqat və bir dəniz patrul təyyarəsi göndərib.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, qüvvələr tərəfdaş ölkələrlə birlikdə boğazda təhlükəsiz naviqasiyanın təmin olunmasına və gəmiçiliyin tam bərpasına dəstək verməyə hazırdır.

Makron əlavə edib ki, ABŞ və İran arasında iyunun 17-də imzalanmış anlaşma memorandumu regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addımdır:

“Bölgədə dəyişən vəziyyət nəzərə alınaraq, Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Tulondakı bazasına qayıdır, digər hərbi vasitələr isə Yaxın Şərqdə yerləşdirilərək, zərurət olduqda əməliyyatlara cəlb ediləcək".

Fransa prezidenti vurğulayıb ki, ölkəsi regiondakı təhlükəsizlik vəziyyətinə uyğun olaraq hərbi mövcudluğunu tənzimləməyə davam edəcək.

Tarix
2026.07.04 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla