Yuxarı

Deputatdan pensiyalarla bağı mühüm izah

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan pensiyalarla bağı mühüm izah

Azərbaycanda minlərlə vətəndaş pensiya yaşına çatmasına baxmayaraq, az sığorta stajı səbəbindən yaşa görə əmək pensiyası deyil, sosial müavinət alır. Bəzi hallarda vətəndaşların 25 illik sığorta stajının tamamlanmasına cəmi bir neçə ay qalır.

Pensiya yaşına çatdıqdan sonra sosial müavinət alan şəxs sonradan işləyərək tələb olunan 25 illik stajı tamamlayarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilərmi? Bu proses necə tənzimlənir?

Axar.az xəbər verir ki, iqtisadçı, deputat Vüqar Bayramov Globalinfo.az-a açıqlamasında vətəndaşın hansı halda əmək pensiyası ala biləcəyini açıqlayıb:

"Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaşın ya azı 25 il sığorta stajına, ya da qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalına malik olması tələb olunur. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144-ə vurulması ilə hesablanır.

Bu göstərici pensiya təyin edilərkən tətbiq olunan qanunvericilik normalarına əsaslanır. Beləliklə, vətəndaşın 25 il sığorta stajı və ya tələb olunan minimum pensiya kapitalı olduqda, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır".

V.Bayramovun sözlərinə görə, praktikada elə hallar olur ki, vətəndaşın əmək pensiyası almaq üçün tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmır:

"Bu səbəbdən o, yaşa görə əmək pensiyası hüququndan məhrum olur və yalnız digər sosial təminat mexanizmlərindən yararlana bilir. Bu isə bir çox hallarda vətəndaşların sosial müdafiəsi baxımından arzuolunan nəticə vermir. Bu baxımdan təklifimiz ondan ibarətdir ki, belə hallar qanunvericilikdə xüsusi istisna kimi nəzərə alınsın. Tələb olunan minimum staja çox az müddəti çatmayan vətəndaşlar üçün pensiyanın hesablanması və təyin olunması üzrə ayrıca mexanizm müəyyən edilsin. Bu yanaşma həmin şəxslərin yaşa görə məhz əmək pensiyası almaq hüququ əldə etməsinə imkan yaradar".

Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi və təkliflərin qiymətləndirilməsi məqsədəuyğun olardı:

"Belə bir yanaşma, xüsusilə də minimum tələb olunan sığorta stajına çox yaxın müddətdə stajı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və sosial ədalətin daha dolğun təmin edilməsinə xidmət edər".

Tarix
2026.07.04 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla