Yuxarı

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

ABŞ və İsrail arasında İrana münasibətdə hər zaman müəyyən fikir ayrılıqları olub və bu gün bunun daha da dərinləşdiyini görürük. İsrail həmişə İrana hücum edilməsini istəyib. Çünki regionda özündən daha güclü ölkə olmasına qarşıdır. Ancaq ABŞ administrasiyaları uzun illər ərzində müxtəlif səbəblərlə buna razı olmayıblar. İlk dəfə Donald Tramp bu təkliflə razılaşdı.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Turab Rzayev ABŞ və İsrail arasındakı fikir ayrılıqları barədə danışarkən deyib.

“Burada diqqət yetirilməli vacib bir məqam var. Bəli, Tramp və Netanyahu arasında İran, Livan və digər məsələlərlə bağlı həqiqi fikir ayrılıqları mövcud ola bilər. Trampın əlində İsraili tək qoymaq kimi təzyiq vasitəsi də var. Lakin Tramp-Netanyahu qarşıdurması mediaya hesablanmış, əvvəlcədən planlaşdırılmış siyasi oyun da ola bilər. Birincisi, Tramp seçicilərinə ABŞ-da qərar verən əsas fiqurun məhz özü olduğunu göstərmək istəyir. Əgər cəmiyyətdə belə fikir formalaşarsa ki Trampı İran məsələsində İsrail və Netanyahu istiqamətləndirir, bu, onun siyasi nüfuzuna zərbə vurur. Buna görə də bəzən Netanyahu ilə fikir ayrılığı görüntüsü yaratmaq Tramp üçün siyasi baxımdan faydalıdır.

İkinci səbəb ondan ibarətdir ki, ABŞ siyasi sistemində müəyyən məqsədlər üçün bu cür məlumatların qəsdən mediaya ötürüldüyünü dəfələrlə görmüşük. Maraqlıdır ki, Tramp və Netanyahu arasında gərginlik barədə xəbərlər yayıldıqdan sonra İrana qarşı hərbi əməliyyatlar baş tutub. Yəni əvvəlcə ABŞ və İsrail arasında münasibətlərin pisləşdiyi görüntüsü yaradılır, daha sonra isə hər iki tərəf birlikdə hərəkət edir. Bu da rəqibi arxayınlaşdırmaq və ya yanlış istiqamətə yönləndirmək taktikasıdır”, - o qeyd edib.

Tarix
2026.06.10 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla